Kaxaber Sxadadze: "Sanki, son ötürmələri verə bilmirdik"

22:58 - 4 Avqust 2013

"Bəzi oyunçularla danışıqlarda şəxsən özüm iştirak edirəm"

 

“Əla oyun oldu, iki yaxşı komanda qarşılaşdı. Bu cür oyunla məğlub olmamalı idik. “Qarabağ”ın ustalıq səviyyəsi bizdən üstün oldu".

 

Sportal.az xəbər verir ki, Premyer Liqasının I turu çərçivəsində bu gün keçirilmiş "İnter" - "Qarabağ" oyunundan sonra "bankirlər"in baş məşqçisi Kaxaber Sxadadze deyib. Təcrübəli çalışdırıcı hücum xəttinə futbolçu almaq üçün özünün də danışıqlara qoşulacağını vurğuladı:

 

"Sanki, son ötürmələri verə bilmirdik. Yeni transferlərlə güclənməliyik. Xüsusən də hücum xəttində. Bəzi oyunçularla danışıqlarda şəxsən özüm iştirak edirəm. Ümid edirəm ki, alınacaq”.

Xəbər xətti