"Biz düşünmürdük ki, "Xəzər Lənkəran" buradan xal aparsın"

12:02 - 5 Avqust 2013

"Bu oyunda biz bir xal qazanmadıq, iki xal itirdik"

 

"Çətin oyun oldu. Biz düşünmürdük ki, "Xəzər Lənkəran" buradan xal apara bilsin".

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Sumqayıt"ın müdafiəçisi Vurğun Hüseynov deyib. Hüseynov "Xəzər Lənkəran"la oyunda iki xal itirdiklərini dedi:

 

"Baxmayaraq ki, gənc komandayıq. Bu oyunda biz bir xal qazanmadıq, iki xal itirdik. Rəqibə epizod vermədik, son dəqiqədə topumuz boş qapıdan çıxdı. Bu futboldur, hər şey ola bilər. Artıq irəlidəki oyunlara baxmalıyıq".

Xəbər xətti