Premyer Liqanın 4 oyunu canlı yayımda

18:01 - 5 Avqust 2013

"İdman Azərbaycan" kanalı yenə iş başında
 
Premyer Liqanın II turunun 4 oyunu canlı yayımlanacaq. 
 
Sportal.az xəbər verir ki, şənbə günü saat 19.00-da AZAL – “Bakı”, iki saat sonra “Neftçi” – “Rəvan” oyunu "İdman Azərbaycan" kanalının efirində olacaq.
 
Ertəsi gün daha iki matç yayımlanacaq. “İdman Azərbaycan” “Qəbələ” – “İnter” görüşünün başlama vaxtını saat 17.00-a, “Qarabağ” – “Sumqayıt” oyununu iki saat sonraya göstərib.
 
PFL isə birinci matçın 18.00-da, ikincinin 20.00-da start götürəcəyini açıqlayıb.

Xəbər xətti