"Bakı" yeni transferini rəsmən açıqladı FOTO

02:57 - 6 Avqust 2013

Etto paytaxt klubunda
 
“Bakı” futbol klubu yeni transferi reallaşdırıb. Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Elilton Arauju dos Santos “Etto” ilə 1 illik müqavilə imzalanıb. 

Xatırladaq ki, Etto 1981-ci il martın 8-də Braziliyanın Valente şəhərində anadan olub. O, futbolçu karyerasına “Bayya” komandasında başlayıb və daha sonra “Krisiuma”, “Parana”, “Atletiko Paranaense”, “Dinamo Zaqreb” və “PAOK” klublarının şərəfini qoruyub.
 

Xəbər xətti