"Qarabağ" Sundsvala 19 oyunçu ilə yollanır

12:11 - 6 Avqust 2013

Komanda sabah sonuncu məşqinə çıxacaq
 
"Qarabağ" bugün İsveçə yollanır.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Avropa liqasının III mərhələsində "Gefle"nin qonağı olacaq komanda bugün 16:00-da birbaşa reyslə oyunun keçiriləcəyi Sundsval şəhərinə yollanacaq. "Qarabağ" səfərə 19 futbolçu ilə yollanacaq. Sundsvalda "Scandic Nord" otelində məskunlaşacaq "Qarabağ" sabah oyunun keçiriləcəyi vaxtda, yerli vaxtla 19:00-da (Bakı vaxtıyla 22:00) sonuncu məşqə çıxacaq.
 
Qeyd edək ki, ilk oyunda "Qarabağ" 1:0 hesabıyla qələbə qazanıb. 

Xəbər xətti