"Sumqayıt" azarkeşləri yenə fərqləndi

12:18 - 6 Avqust 2013

"Sumqayıt"ın oyununu 5000 fanat izlədi
 
Premyer Liqada 2013/2014 mövsümünə start verilib.
 
Sportal.az xəbər verir ki, "Sumqayıt" ilk turda doğma azarkeşləri qarşısında "Xəzər Lənkəran"la heç-heçə edib (1:1). Klub azarkeşləri bu dəfə də diqqət mərkəzinə düşüb. Belə ki, Premyer Liqanın ilk turunda ən çox azarkeş məhz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sumqayıt" - "Xəzər Lənkəran" oyununda olub. PFL-in protokolunda qeyd edildiyinə görə, həmin görüşü 5000 min azarkeş tribunalardan izləyib.
 
"Sumqayıt" - "Xəzər Lənkəran" (5000 azarkeş)
"Neftçi" - AZAL (2000 azarkeş)
"Bakı" - "Qəbələ" (1000 azarkeş)
"İnter" - "Qarabağ" (350 azarkeş)
"Simurq" - "Rəvan" (150 azarkeş) 

Xəbər xətti