"Gefle" - "Qarabağ" oyunu canlı yayımlanacaq

14:01 - 6 Avqust 2013

Matç 22:00-da başlanacaq
 
Avroliqanın III təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiriləcək "Gefle" - "Qarabağ" oyununu azarkeşlər televiziya vasitəsi ilə canlı izləyə biləcək.
 
Sportal.az saytına bu barədə "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, qarşılaşma "İdman Azərbaycan" kanalı vasitəsi ilə birbaşa yayımlanacaq. 
 
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 22.00-da başlanacaq.

Xəbər xətti