Tofiq Mikayılov üçün mövsüm başlamadan bitdi

14:37 - 6 Avqust 2013

Futbolçu 2013-cü ildə yaşıl meydanlara çıxa bilməyəcək

 

Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində "Rəvan” "Simurq” ilə görüşüb.

 

Sportal.az xəbər verir ki, Qəbələdə baş tutan oyunun ilk yarısında "siğortaçılar"ın üzvü Tofiq Mikayılov zədələnərək meydanı vaxtından əvvəl tərk edib. Artıq görüşü 28-ci dəqiqədə başa vuran Tofiq Mikayılov zədəsinin ciddiliyinə aydınlıq gəlib. Tofiq dizindəki problemə görə bu il bir daha meydana çıxa bilməyəcək. MRT müayinəsindən sonra onun xaçvari bağlarının sıradan çıxdığı aşkarlanıb. 6 aylıq müalicəyə ehtiyac duyan Mikayılov bu səbəbdən 2013-cü ildə bir də yaşıl meydana ayaq basa bilməyəcək.

Xəbər xətti