"İnter" uşaqları sevindirdi FOTO

14:22 - 7 Avqust 2013

Uşaqlara bayram hədiyyələri paylanıldı
 
Bu gün "İnter" komandasının kollektivi Ramazan Bayramı münasibiətilə Sabunçu rayonunun ərazisində yerləşən 22 saylı Uşaq Sanatoriyasını ziyarət edib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uşaqlara bayram sovqatı verildi. "İnter" komandasının baş direktoru Natiq Məmmədov uşaqları Ramazan Bayramı münasibətilə təbrik etdi və hər birinə cansağlığı və uğurlar arzuladı. Komandanın kapitanı Vaqif Cavadov və Brüs Abdulaye də uşaqları təbrik edərək bayram hədiyyələrini payladılar.

Xəbər xətti