Vaqif Sadıqov: "Yaxın günlərdə yeni bir transfer reallaşdıracağıq, amma ..."

14:57 - 7 Avqust 2013

"Reallıq qaçınılmazdır, “Neftçi” AZAL-dan güclü idi"
 
“Heç kim bunu istəmirdi və gözləmirdi. Reallıq qaçınılmazdır, “Neftçi” AZAL-dan güclü idi. Oyunun səhəri günü lazım olan təhlilləri apardıq və səhvləri gördük. Bunu aradan qaldırmaq üçün də xeyli iş görürük".
 
Bu sözləri Sportal.az-a açıqlamasında AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib. Sadıqov komandasını gücləndirmək üçün yeni bir transfer reallaşdıracaqlarını sözlərinə əlavə edib:
 
"Mən hesab edirəm ki, komandam oyundan-oyuna artıracaq və çempionatın gedişində fərqli AZAL görəcəksiniz. Biz isveçli futbolçu Freddi Borqla müqavilə imzalamışıq, amma onun transfer vərəqi hələ gəlməyib. Buna görə də çempionatda futbolçudan istifadə edə bilmirik. Yaxın günlərdə yeni bir transfer reallaşdıracağıq, amma deyə bilmərəm bu, müdafiəçi və ya hücumçu olacaq”. 

Xəbər xətti