Suares: "Buraxın gedim !"

17:47 - 7 Avqust 2013

Futbolçu "Liverpul" rəhbərliyinə səsləndi

 

"Liverpul"dan ayrılmaq istəyən uruqvaylı futbolçu Luis Suares ingilis mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, rəhbərlik futbolçuya "Əgər Çempionlar Liqasına gedə bilməriksə, çıxıb gedərsən" ifadəsini işlədib. Futbolçu isə məsələyə belə aydınlıq gətirib:

 

"Artıq, 26 yaşım var və Çempionlar Liqasında oynamaq istəyirəm. Buraxın Çempionlar Liqasında çıxış edən bir klubda oynayım". 

 

Qeyd edək ki, Suareslə İngiltərənin "Arsenal" klubu yaxından maraqlanır.

Xəbər xətti