"0:1 hesabı ilə uduzduğumuz "Qarabağ"la cavab oyununda ... "

18:26 - 7 Avqust 2013

Per Olsson: "Sübut edəcəyik ki, 2 cəbhədə eyni vaxtda da mübarizə apara bilərik"
 
“Hər hansı məsələyə problem kimi yanaşdıqda, həqiqətən də çətinə çevrilir. Mən isə təxminən son 1 ayda 10 oyun keçirməyimizi problemə çevirmirəm”.
 
Sportal.az xəbər verir ki, bu sözləri İsveçin “Gefle” klubunun baş məşqçisi Per Olsson deyib.
 
Avropa Liqasının III təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubuna rəqib olan İsveç təmsilçisinin çalışdırıcısı son 1 ayda 2 cəbhədə mübarizə aparan komandasının durumundan danışıb:
 
“İlk oyunda 0:1 hesabı ilə uduzduğumuz “Qarabağ”la cavab oyununda nəticəni xeyrimizə dəyişmək üçün yaxşı şanslarımız var. Hazırda bizim üçün daha vacib olanı İsveç çempionatındakı vəziyyətimizdir. Lakin sübut edəcəyik ki, 2 cəbhədə eyni vaxtda da mübarizə apara bilərik”.
 
Qeyd edək ki, “Qarabağ” və “Gefle” arasında cavab oyunu avqustun 8-də baş tutacaq. 

Xəbər xətti