"Hər bir oyunçumuz meydanda sonuna qədər döyüşəcək"

00:59 - 8 Avqust 2013

"Komandamız oyuna tam hazırdır"
 
 
"Hər şey planlaşdırdığımız kimi gedir. Oyuna hazırlıq yüksək səviyyədə gedir. Komandamız oyuna tam hazırdır"
 
Bu sözləri “Qarabağ”ın təcrübəli yarımmüdafiəçisi Namiq Yusifov Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin komandanın süni örtüklü meydanda oynayacağını da dilə gətirib:
 
“Süni örtüklü meydanda oynayacağıq. Bu bir az problem yarada bilər. Amma biz indi bu haqda fikirləşmirik. Söz verirəm ki, hər bir oyunçumuz sonuna qədər meydanda döyüşəcək. İnşallah sabah 9 milyona gözəl bayram hədiyyəsi verəcəyik”

Xəbər xətti