"Gefle" ilk oyunda göstərdi ki, sıradan bir komanda deyil"

11:32 - 8 Avqust 2013

Qurban Qurbanov: "Tur  üçün mübarizə aparacağıq"

 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Gefle" ilə oyunöncəsi klubun rəsmi saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, rəqibin sıradan bir komanda olmadığını deyən Qurbanov növbəti tur üçün mübarizə aparacaqlarını söyləyib:

 

"Gefle" ilk oyunda göstərdi ki, sıradan bir komanda deyil. Bizimlə doğma meydanda başqa cür oynayacaqlar.  3-4 fərqli sxemli oyun üslübları var. Hər bir şeyə hazır olmalıyıq. 90 dəqiqə lazım olsa, daha çox oyun intizamını pozmamalıyıq.  Tur  üçün mübarizə aparacağıq. Amma sona qədər döyüşmək lazımdır. Rəqib uzunboylu futbolçulardan ibarətdir. Bundan istifadə etməyə çalışacaqlar. İstənilən halda biz də özü oyunumuzu göstərməyə çalışacağıq".

Xəbər xətti