"İlk yarıda vurduğumuz qol işimizə yaradı"

00:06 - 9 Avqust 2013

Qurban Qurbanov: "İlk qarşılaşmadan sonra rəqibi daha yaxşı təhlil etmişdik"

 

“Yaxşı oyun alındı. İlk qarşılaşmadan sonra rəqibi daha yaxşı təhlil etmişdik”

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam təmsilçisinin çalışdırıcısı Avropa Liqasının III təsnifat mərhələsinin “Gefle” ilə cavab matçından sonra fikirlərini açıqlayıb.


“Oyun düşündüyümüz kimi alındı. Maksimum qol buraxmamağa çalışdıq. Futbolçular oyun nizamını pozmadılar. Layiqli qələbə qazandıq. Rəqibin “Anartosis”ə 4 qol vurması bizi daha diqqətli olmağa məcbur edirdi. İlk yarıda vurduğumuz qol işimizə yaradı”

Xəbər xətti