"Buna görə də oyunumuz alınmadı"

02:20 - 9 Avqust 2013

Yohan Oremo: "Qarabağ" hər iki oyunda bunu sübut etdi"

 

"Qarabağ" çox güclü rəqibdir. "Qarabağ" hər iki oyunda bunu sübut etdi. Rəqibdən top almaq çətin idi. Buna görə də oyunumuz alınmadı".

Sportal.az xəbər verir ki, bu sözləri "Gefle"nin hücumçusu Yohan Oremo "Qarabağ"la oyundan sonra (0:2) deyib.

İsveçli forvard "Qarabağ"ı saxlamağın mümkünsüz olduğunu bildirib: "Rəqib topu özündə çox yaxşı saxlayırdı. Bəzi futbolçuların fərdi ustalıq səviyyəsi nəzərə çarpırdı. Onları saxlamaqda demək olar ki, mümkünsüz idi".

Xəbər xətti