"Arsenal" bizim üçün çox çətin rəqibdir"

15:41 - 9 Avqust 2013

Əmrə Bələzoğlu püşklə bağlı fikirlərini bildirdi

 
"Çox çətin bir püşk oldu. "Arsenal" dünyanın ən yaxşı komandalarından biridir".
 
 
Sportal.az xəbər verir ki, bu sözləri "Fənərbaxça"nın yarımmüdafiəçisi Əmrə Bələzoğlu deyib. Bələzoğlu Çempionlar Liqasının "play-off" mərhələsində qarşılaşacaqları "Arsenal"la bağlı fikirlərini bildirib:
 
"Arsen Venger 17-18 ildir ki, bu klubu çalışdırır. Amma biz Çempionlar Liqasına qatılmaq istəyirik. Fiziki olaraq da oyuna hazır olacağıq".

Xəbər xətti