Azarkeşlər Suaresin formasını yandırdı FOTO

14:14 - 10 Avqust 2013

Futbolçu "Liverpul"u tərk etmək istəyir

 

İngiltərənin "Liverpul" klubunun azarkeşləri komandalarının uruqvaylı hücumçusu Luis Suaresin formasını yandırıblar.

 

Sportal.az xəbər verir ki, buna səbəb, futbolçunun son açıqlaması olub. Belə ki, futbolçu "Liverpul" rəhbərliyindən onu satmağını istəmişdi. Bu açıqlamaya hiddətlənən azarkeşlər Suaresi komandada görmək istəmədiklərini bildiriblər.

 

Qeyd edək ki, Suareslə İngiltərənin "Arsenal" klubu yaxından maraqlanır.

Xəbər xətti