Statistika: "Qəbələ" - "İnter"

16:11 - 10 Avqust 2013

Komandalar ilk dəfə 2006-cı ilin avqust ayında qarşılaşdı
 
Azərbaycan Premyer Liqasınn 2-ci  turunun qarşıdan gələn “Qəbələ” - “İnter” oyunu hər iki komanda üçün sayca  23-cü olacaq.
 
Sportal.az "İnter"in rəsmi saytına istinadən xəbər verir ki, bunadək komandalar bir-birilə 22 dəfə qarşılaşıb, 20 oyun çempionat çərçivəsində keçirilib və 2 matçı isə ölkə kubokunun payına düşür. “İnter” rəqibini  12 dəfə məğlub edə bilib, “Qəbələ”  isə 4 qələbəyə malikdir. 22 oyunun 6-sı heç-heçə ilə başa çatıb.  Vurulan topların fərqi “İnter”in  xeyrinədir -33:16.
 
Komandalar ilk dəfə 2006-cı ilin avqust ayında çempionat çərçivəsində üz-üzə gəlib. Qəbələdə baş tutmuş həmin görüş 0:0  hesabıyla başa çatıb. “İnter” və “Qəbələ” qarşıdurmasında ilk qolun müəllifi "İnter"in hücumçusu Danel Axtyamov  olub.
 
Ötən mövsümdə komandalar bir-biri ilə 4 dəfə üz-üzə gəliblər. İlk oyunda “Qəbələ” 1:0 hesablı qələbəyə sevinib, lakin sonrakı 3 oyunda “İnter” rəqibinə şans verməyib- 2:1, 2:1 və 1:0ş  "İnter”-“Qəbələ”  oyunlarında ən populyar hesab 1:0-dır. Belə nəticə 22 görüşün 5-də qeydə alınıb. "İnter" - "Qəbələ” qarşılaşmalarının tarixində ən böyükhesablı nəticə 5:0 hesabıdır. 2009-cu ildə Azərbaycan Kuboku çərçivəsində keçirilmiş görüş "İnter"in məhz bu hesablı qələbəsilə başa çatmışdı.
 
Azərbaycan çempionatında “Qəbələ”yə  qarşı keçirilən səfər oyunlarında “İnter” üstünlüyə malikdir. Belə ki, 10 qarşılaşmada komanda rəqibini 4 dəfə məğlub etməyi bacarıb, "Qəbələ"nin aktivində 3 qələbə var, qalan 3  matçda isə heç-heçə qeydə alınıb. Bu qarşılaşmalarda top fərqi  də “İnter”in xeyrinədir - 8:7.
 
Qeyd edək ki, "Qəbələ" - “İnter” matçı avqustun 11-də keçiriləcək. Oyun saat 18.00-da başlayacaq. 

Xəbər xətti