"Qarabağ"ın futbolçusu Ermənistanla oyuna dəvət aldı

16:37 - 10 Avqust 2013

Ansi Aqolli Albaniya yığmasında
 
Albaniya yığmasının heyəti açıqlanıb.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Gianni De Biasi avqustun 14-də Ermənistana qarşı keçiriləcək yoldaşlıq oyunu üçün 23 futbolçuya dəvət göndərib.
 
Belə ki, “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli də Ermənistanla oyuna dəvət alıb. 
 
“Qarabağ”ın digər üzvü Admir Teli isə yenə yığmadan dəvət alımayıb. Yığmada 15 oyun keçirmiş 32 yaşlı müdafiəçi sonuncu dəfə milli formanı ötən ilin 7 noyabrında Norveçlə keçirilən oyunda geyinib.

Xəbər xətti