Venger: "Fənərbaxça"nı məğlub edəcəyimizə əminəm"

18:28 - 10 Avqust 2013

"Heyətlərinə baxdım və onlara qarşı ciddi hazırlaşmalıyıq"
 
Ötən gün UEFA Çempionlar Liqası pley-off mərhələnin püşkü atılıb.
 
Sportal.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Türkiyə təmsilçisi “Fənərbaxça”nın rəqibi olan İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Venger rəqiblərini dəyərləndirib. Fransalı mütəxəssis İstanbul təmsilçisinin çətin rəqib olduğunu deyib: 
 
“Çətin qarşılaşma olacaq. Çünki “Fənərbaxça” ÇL-də kifayət qədər təcrübəyə malikdir. Rəqibin Kuyt, Yobo kimi İngiltərə Premyer Liqasında çıxış etmiş futbolçuları var. Heyətlərinə baxdım və onlara qarşı ciddi hazırlaşmalıyıq. Bu mərhələni keçəcəyimizə əminəm, amma bizim üçün böyük sınaq olacaq”.
 
Qeyd edək ki, bu komandalar avqustun 21-də İstanbulda, 27-də isə Londonda qarşılaşacaqlar.

Xəbər xətti