Milinko Pantiç: "Premyer Liqaya yaraşmayan səhvlər buraxdıq"

21:39 - 10 Avqust 2013

"İkinci hissədə şanslarımız oldu"
 
“İlk hissədə komandam, demək olar ki, meydanda yox idi, çox pis oynadıq. Premyer Liqa komandasına yaraşmayan səhvlər buraxdıq".
 
Sportal.az xəbər verir ki, bu sözləri AZAL-a məğlubiyyətdən sonra "Bakı"nın baş məşqçisi Milinko Pantiç deyib. Serbiyalı məşqçi ikinci hissədə komandasının daha yaxşı oynadığını bildirib:
 
"Lakin ikinci hissədə daha yaxşı oynadıq, hesabı bərabərləşdirmək, hətta qələbə qolunu vurmaq üçün şanslarımız oldu. Lakin ilk hissədəki oyunumuz öz sözünü dedi. AZAL-ı qələbə ilə təbrik edirəm”.

Xəbər xətti