"Klub rəhbərliyindən məni buraxmalarını xahiş etdim"

11:53 - 11 Avqust 2013

Mişel Balokoq: "Azərbaycanda karyeramın yeni səhifəsini açıram"
 
"Rəvan" kamerunlu Mişel Patrik Balokoq Nak ilə 1 illik saziş imzalayıb.
 
Sportal.az xəbər verir ki, komandanın yeni legioneri klubun rəsmi saytına açıqlama verib:
 
"Həyatımda müəyyən dəyişiklik etmək, klubu, şəraiti dəyişmək istəyirdim. Çünki sabiq klubumda müəyyən problemlərim var idi. Zədələnəndən sonra baş məşqçi məni oynatmırdı. "Domjale” ilə hələ 1 illlik müqaviləm var idi. Ancaq rəhbərliklə danışıb qarşılıqlı razılıq əsasında yolları ayırmaq qərarına gəldik. Belə də "Rəvan”ın təklifi məni lap razı saldı. Sloveniya toplanışında az da olsa, iştirak etdim və komanda haqda müəyyən təsəvvürüm var idi. Ona görə də "Domjale” rəhbərliyindən məni buraxmalarını xahiş etdim. Azərbaycanda karyeramın yeni səhifəsini açıram. Ümidvaram ki, hər şey gözlədiyimdən də yaxşı olacaq. Artıq qarşıdakı oyunda meydana çıxmaq istəyirəm. Bir neçə gündür komanda ilə birgə məşq edirəm, özümü baş məşqçiyə göstərməyə çalışıram. Özümü oynamağa hazır sayıram və baş məşqçidən şans gözləyirəm”.

Xəbər xətti