"Qarabağ" - "Sumqayıt" oyununun keçirilmə yeri dəyişdirildi

14:33 - 11 Avqust 2013

Matç "Bakcell Arena"da olacaq
 
Premyer Liqanın 2-ci turunun "Qarabağ" - "Sumqayıt" oyununun keçirilmə yeri dəyişdirilib.
 
Sportal.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olsa da, mərkəzi arenanın ot örtüyündə problem yaranma ehtimalının olması və qazonun avqustun 22-də Avropa liqasının "play-off" mərhələsində baş tutacaq "Qarabağ" - "Ayntraxt" matçına kimi tam ideal vəziyyətə gətirilməsi üçün matç "Bakcell Arena"da keçiriləcək.
 
Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq.

Xəbər xətti