"Xəzər Lənkəran" yenə xal itirdi, "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi YENİLƏNİB

21:47 - 11 Avqust 2013

"Xəzər Lənkəran" "Simurq"a, "Qarabağ" - "Sumqayıt"a qarşı
 
Bu gün Premyer Liqanın II turuna 3 oyunla yekun vurulacaq.  
 
Sportal.az xəbər verir ki, turun son oyun günündə “Xəzər Lənkəran” - “Simurq”, “Qəbələ” - “İnter”, “Qarabağ” - “Sumqayıt” oyunları olacaq. İlk turda “Sumqayıt”la 1:1-lik heç-heçə edən ”Xəzər Lənkəran” “Rəvan”ı 2:0 hesabı ilə üstələyən “Simurq”u qəbul edəcək. 
 
Çempionata qələbə ilə başlayan və avrokuboklarda gözəl çıxışı ilə diqqət çəkən “Qarabağ” bu dəfə “Sumqayıt”a gücünü göstərmək üçün əlindən gələni edəcək. 
 
Turun mərkəzi qarşılaşması isə Qəbələ şəhər stadionunda baş tutacaq. Eyni adlı komanda ilk turda “Qarabağ”a məğlub olan “İnter”i sınağa çəkəcək.  
 
 
18:00. “Qəbələ” – “İnter” 3:2 
Qollar: Leonardo Da Siva, 54 (pen), Vladimir Levin,70, Niasse, 83 - Slavço Georgiyevski, 20, Vaqif Cavadov, 90 
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu.
 
20:00. “Xəzər Lənkəran” – “Simurq” 0:0
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Feyzulla Feyzullayev
Lənkəran şəhər stadionu
 
20:00. “Qarabağ” – “Sumqayıt” 5:1
Qollar: Gelaşvili, 32, Çumbinyo, 49,77, Reynaldo, 62,90 - Elşən Abdullayev, 64
Hakimlər: Vüsal Əliyev, Cavanşir Yusifov, İsgəndər Əliyev, Sərxan İsmayılov
“Bakcell Arena”. 

Xəbər xətti