Almaniya Bundesliqasi: Favoritlərdən uğursuz start

22:30 - 11 Avqust 2013

“Şalke” xal itirdi,  “Ştuttqart” məğlub oldu
 
Almaniya Bundesliqasının ilk turuna  “Salke”- “Hamburq”qarşılaşması ilə yekun vurulub. Sportal.az xəbər verir ki, ötən çempionatı 4-cü pillədə başa vuran “Şalke” yeni mövsümə uğurlu start verməyib
 
Yens Kellerin komandası doğma divarlar arasında “Hamburq”u məğlub edə bilməyib. Bu oyunda hollandiyalı ulduzların gecəsi kimi yadda qalıb. Hesabı Rafael van der Vaart açsa da, buna qarşılığını Klaas Yan Huntelaar artəqlaması ilə çıxıb. Bundesliqada çempionluğa namizəd sayılan “Ştuttqart” isə cari mövsümün açılış matçında “Mayns”a yenilib.    
:
 
"Mayns" - "Ştuttqart"  3:2
Qollar: Nikolay Müller, 14, 78,  Sinji Okazaki, 65 – Vedad İbişeviç, 16, Martin Harnik, 82
 
 
"Şalke" - "Hamburq"  3:3
Qollar: Klaas Yan Huntelaar, 2, 45, Adam Salai, 72  – Rafael van der Vaart, 12, Maksimilian Bester, 24, Lasse Sobeç, 49    

Xəbər xətti