"Roma" kapitanı ilə yeni müqavilə imzalayacaq

00:07 - 13 Avqust 2013

Totti ya birillik, ya da ikiilik müqavilə imzalayacaq

 

“Roma”nın kapitanı Françesko Totti klubla yeni müqavilə imzalamağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, “canavarlar” 36 yaşlı yarımmüdafiəçiyə 2 cür – birillik və ikiillik sözləşmə təklif ediblər. Qeyd edək ki, Tottinin hazırkı anlaşması gələn yay başa çatır.

Təcrübəli xavbek bu günlərdə klub rəhbərliyinə yekun qərarını açıqlamalıdır.

 

Qeyd edək ki, Totti A seriyasının ötən mövsümündə 37 oyunda aktivinə 12 qol və 15 assist yazdırıb. 

Xəbər xətti