"Rəvan" yeni baş məşqçisini təqdim etdi

01:15 - 13 Avqust 2013

Baş məşqçi yüksək yerlər üçün vuruşacağına söz verib

 

"Rəvan” Futbol Klubuna yenicə baş məşqçi təyin olunan Vladislav Qədirov komandaya təqdim olunub.

 

Sportal.az klub saytına istinadən xəbər verir ki, o futbolçularla ilk görüşünü keçirib.

 

Komandanın ev oyunlarını keçirdiyi "Bayıl Arena”da baş tutan görüşdə vitse-prezident Bəhruz Şirəliyev, yeni çalışdırıcı, komandanın bütün məşqçi, inzibati və futbolçu heyəti iştirak edib.

 

Mətbuat xidmətinin rəhbəri Elvin Yaqubovun açılış nitqindən sonra vitse-prezident komanda üzvlərinə yeni çalışdırıcını təqdim edib. Şirəliyev komandada dəyişikliyin zəruri olduğunu və yeni çalışdırıcı ilə məqsədə çatacaqlarına inandığını bildirib. Ardından Vladislav Qədirova söz verilib. 42 yaşlı mütəxəssis komandanın uğurlu nəticələr qazanacağına inandığını bildirib və yüksək yerlər uğrunda mübarizə aparacağımıza söz verib.

 

Tədbirdən sonra Qədirov komandanı məşqə çıxarıb.

Xəbər xətti