"Malta hətta bizdən güclüdür"

02:08 - 13 Avqust 2013

Rauf Əliyev: "Yenidən yığmaya qayıtmaq xoşdu"

 

Azərbaycan yığmasının və “Bakı”nın hücumçusu Rauf Əliyev Malta ilə avqustun 14-də keçiriləcək yoxlama oyunu barədə fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, o, bunları dilə gətirib:


“Yenidən yığmaya qayıtmaq xoşdu. Hazırda bütün diqqətimiz Malta ilə oyuna yönəlib. Bu komanda bizim eyni səviyyədə olan bir rəqibdi. Baxmayaraq ki, biz onlar haqda elə də çox məlumata malik deyil. Ola bilsin ki, onlar hətta bizdən güclüdülər”.

Xəbər xətti