"Xoşdur ki, məni yenidən milli komandaya dəvət etdilər" MÜSAHİBƏ

13:23 - 13 Avqust 2013

Səlahaət Ağayev: "Nəyə qadir olduğumuzu göstərməliyik"
 
“İnter”in qapıçısı Səlahət Ağayev klubun rəsmi saytına müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir: 
 
- Səlahət, ötən bazar günü “İnter” çempionatda ikinci qarşılaşmasını keçirdi və 3:2 hesabıyla “Qəbələ”yə məğlub oldu. Bu oyun barədə nə deyə bilərsiz və məğlubiyyətin əsas səbəbini nədə görürsüz?
- Bizi çox çətin oyun gözlədiyini bilirdik. Ev sahibləri matça fəal başladılar, sonra biz daha yaxşı oynamağa başladıq və birinci hissənin ortalarında hesabda önə keçdik. Təəssüf ki, fasilədən sonra oyunun gedişi dəyişdi və biz məğlubiyyətə uğradıq. Düşünürəm ki, məşqçinin tapşırıqlarını tam yerinə yetirə bilmədik və bu da məğlubiyyətə gətirib çıxardı.
 
- “İnter” Premyer Liqaya yaxşı başlamadı: 2 oyunda 2 məğlubiyyət...
- Bəli, təəssüf ki, start uğurlu alınmadı, ancaq hesab edirəm ki, bizim vəziyyəti düzəltmək şansımız var. Növbəti matçlarda “qara zolaq”dan çıxmağa çalışacağıq. Komandamızın böyük potensialı var və nəyə qadir olduğumuzu göstərməliyik.
 
- Növbəti turda “İnter” AZAL-ı qəbul edəcək. Bu görüş barədə nə düşünürsüz?
- AZAL yaxşı komandadır. Yayda bu komandanın heyətində bir çox kadr dəyişikliyi oldu, ancaq komandanı tərk etmiş futbolçuların yerinə yeni oyunçular gəldilər. Buna görə AZAL hələ oyununu axtarır. Ancaq buna baxmayaraq bizə çox çətin olacaq. Bu komandanı məğlub etməyin asan olmayacağını anlayırıq. Lakin yenə təkrar edirəm ki, bizə “qara zolaq”dan çıxmaq lazımdır, bunun üçün isə qələbə qazanmaq vacibdir.
 
- Hazırda Azərbaycan milli komandasının düşərgəsindəsiz və sabah millimizi Malta ilə yoldaşlıq matçı gözləyir.
- Xoşdur ki, məni yenidən milli komandaya dəvət etdilər. Dünən biz ilk məşqi keçirdik, sabah isə bizi Malta ilə yoldaşlıq matçı gözləyir. Məhsuldar oyun sərgiləməyimizi və azarkeşləri sevindirməyimizi istərdim.
 
- Sizin fikrinizcə, yoldaşlıq matçında nəticə belə vacibdir? Yoxsa, yoxlama matçı ilk növbədə oyun keyfiyyətinin yaxşılaşdırılmasına xidmət etməlidir?
- Bilirsiniz, istənilən futbolçu istənilən oyuna bir məqsədlə-qələbə qazanmaq üçün çıxmalıdır. Oyunun yoldaşlıq və ya rəsmi xarakter daşıması olması vacib deyil. Biz həmişə qələbə qazanmağa çalışmalıyıq. Axı qələbə qazanacağımız təqdirdə uşaqlar öz güclərinə inanacaqlar və İsrail ilə matça yaxşı əhval-ruhiyyə ilə yanaşacaqlar. Malta ilə oyun İsrail ilə qarşılaşmaya hazırlıqda çox vacibdir, bizə yaxşı futbol nümayiş etdirmək və rəqibi məğlub etmək lazımdır. Çox istərdik ki, üçüncü gün azarkeşlər bizi dəstəkləsinlər, axı tribunaların güclü dəstəyi futbolçular üçün əlavə motivasiyadır. 

Xəbər xətti