Dauninq rəsmən "Vest Hem"də

01:00 - 14 Avqust 2013

İngiltərəli futbolçu “Liverpul”dan ayrılaraq, “Vest Hem”ə keçib.

 

 

İngilis yarimmüdafiəçi Dauninq "Liverpul"dan ayrılıb

 

Sportal.az xəbər verir bu gün tərəflər arasında rəsmi müqavilə imzalanıb.

Razılaşmaya əsasən, 29 yaşlı yarımmüdafiəçi qarşıdakı 4 ili “Vest Hem”in heyətində keçirəcək. Klubun rəsmi saytına açıqlama verən Dauninq bunları deyib:

“Liverpul”dan ayrılmağı özüm də istəyirdim. Çünki orada lazımi qədər oynamırdım. “Vest Hem”ə keçidim karyeramda yeni səhifə açdı. Yeni klubumun heyətində keçirəcəyim ilk oyunu səbirsizliklə gözləyirəm”. 

Xəbər xətti