"Qol vura bilməsən, yol pulunu sən ödəyəcəksən"

02:05 - 14 Avqust 2013

Van Persi Türkiyəyə niyə gəlir?

 

"Beşiktaş"ın bacarıqlı gənc ulduzu Oğuzxan Yaqubun Superliqin beşinci həftədəki "Qalatasaray" derbisində özəl bir qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu "Arsenal"da oynadığı vaxtdan ən yaxın dostu olan Van Persini İstanbula çağırıb. Van Persi də oyunu izləməyə gələcəyini söyləyib.

 

Ulduz futbolçu Oğuzxan Yaquba "Qalatasaray" ilə oynayacağın matçı izləməyə gələcəm. Amma qol vura bilməsən, yol pulunu sən ödəyəcəksən" qarşılığını verib.

Gənc futbolçunun isə Van Persiyə cavabı belə olub:

"Azarkeşlərimizə heyran olacaqsan, qol vuracam və "Qalatasaray"ı məğlub edəcəyik. O oyundan sonra yəqin ki, sən də beşiktaşlı olacaqsan"

Xəbər xətti