Kuarejma yenidən Superliqaya qayıda bilər

02:27 - 14 Avqust 2013

"Bursaspor" Portuqaliyalı ulduzla yaxından maraqlanır

 

"Beşiktaş" klubunun sabiq hücumçusu Rikardo Kuarejma yenidən Türkiyə Superliqasına qayıda bilər.

 

Sportal.az xəbər verir ki, "Bursaspor" portuqaliyalı futbolçunun transferində maraqlıdır.

Bursa təmsilçisi Kuarejmanın hazırki klubu "Əl Əhli" klubu ilə danışıqlara başlayıb. Ulduz futbolçu ilə "Trabzonspor", "Spartak" (Moskva) və "Kuban" komandaları da yaxından maraqlanır.

Qeyd edək ki, 2010-2012-ci illərdə "Beşiktaş"ın şərəfini qoruyan Quarejma keçirdiyi 40 oyunda 8 qola imza atmış və 14 məhsuldar ötürmə ilə yadda qalmışdı. 

Xəbər xətti