"Araz" açılış oyununda heç-heçəyə razı oldu FOTOLAR

11:02 - 14 Avqust 2013

Naxçıvanda qollu bərəbarlik
 
 Avqustun 13-də “Araz” Futbol Komandası I divizion görüşləri öncəsi ilk olaraq Neftçalanın eyniadlı komandası ilə yoldaşlıq görüşü keçirib.
 
Sportal.az xəbər verir ki, yeni təmir olunmuş Naxçıvan Muxtar Respublika Stadionunda baş tutan yoldaşlıq görüşü futbol həvəskarlarına oyundan zövq almaq imkanını bəxş edib. Oyunun birinci hissəsində hesab açılmasa da, ikinci hissənin ilk dəqiqələrindən azarkeşlər həyəcanlı dəqiqələr yaşayıblar. Qonaq komanda matçın 60-cı dəqiqəsində Amil Yunanovun zərbəsi ilə hesabı açmağa müvəffəq olub - 1:0. Oyunun 89-cu dəqiqəsində “Neftçala” komandasının futbolçusunun kobud oynaması nəticəsində hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Bu imkandan lazımınca bəhrələnən “Araz” hesaba tarazlıq gətirməyi bacarıb. "Araz"ın 11 nömrəli oyunçu Elgün Abbaslı ilk oyundan azarkeşlərinin sevimlisi olmağı bacarıb. Oyunda başqa qol olmadığından matç bu hesabla yekunlaşıb. Oyun çərçivəsində NAZ LİFAN-320 markalı avtomobili uğrunda lotereya oyunu keçirilib. Lotereya oyunun qalibi isə Naxçıvan şəhər sakini Əsgər Seyidov olub.
 
Xatırladaq ki, yoldaşlıq görüşü olmasına baxmayaraq matçı 4000-dək azarkeş izləyib...
 
“Neftçala”
1 - Tural Abbaszadə 4 - Orxan Məmmədov 13 - Fərid Quliyev 85 –Rufət Musayev 21 - Orxan Müzəffərli 3 - Mübarək Saquliyev 7 - Nakim Vəliyev 17 - Vaqif Güləliyev 6 - Samir Abdulov 20 - Tanrıverdi Məhərrəmli 10 - Məhəmməd Əliyev
 
 Ehiyat heyət: 33 - Mehman Məmmədov 12 - Novruz Rəhimov 5 - Musa Rəhimov 9 - Aslan Hüseynov 14 - Vüsal Məmmədov 8 - Timur Dadaşov 11 - Amil Yunanov 55 - Kamil Hüseynov 77 - Fərid Səmədzadə 15 - Ceyhun Abdullayev
 
“Araz”
 23 - Nicat Əliyev 6 - Mikayıl Rəhimov 3 - Əlimirzə Daszerini 5 - Cavid Həsənov 7 - Akif Tağıyev 8 - Elmin Çobanov 13 - Elnur Soltanlı 10 - Emin İmaməliyev 9 - David Qəhrəmanov 4 - Fərman Qəmbərov 2 - Elvin Cəbrayıllı
 
Ehtiyat heyət: 1 - Rəşad Heydərov 19 - Vüqar Heydərov 20 - Samir Rəsulov 21 - Səyavuş Allahyarlı 11 - Elgün Abbaslı 15 - Rəşad Hacızadə 14 - Amil Həsənov 15 - İbrahim Əliyev 17 - Rəhman Musayev 
 

Xəbər xətti