Rövnəq Abdullayev: "Kəpəz"ə sponsor tapmışıq"

14:20 - 14 Avqust 2013

Gəncə futbolu ilə bağlı müzakirələr də aparılıb
 
AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında “Kəpəz” və ümumilikdə Gəncə futbolu ilə bağlı müzakirələr də aparılıb. Sportal.az xəbər verir ki, futbol veteranı İsgəndər Cavadov assosiasiyanın Gəncə futbolu üzrə kuratoru təyin olunub. Regional Futbol Federasiyasının prezidenti olan funksioneri şəhərdə bu idman növünün ənənələrinin bərpasına nəzarət edəcək.

Bundan başqa məlum olub ki, Xanlar Fətiyevin istefasından sonra boş qalan Gəncə Futbol federasiyasının prezidenti postuna seçkilər də bu yaxınlarda keçiriləcək

İclasdan sonra jurnalistlərin suallarını cavablandıran AFFA prezidenti Rövnəq Abdulayev “Kəpəz”in də problemlərinin çözüldüyünü bildirib: “Kəpəz”ə sponsor tapmışıq. 3-4 şirkətlə danışıqlarımız olub. Onlardan biri klubun sponsoru olacaq. Demək olar ki, artıq məsələ həllini tapıb”.
 

Xəbər xətti