Vaqif Sadıqov: "Foqts komandadakı problemləri görməlidir"

14:41 - 14 Avqust 2013

"Legioner limitinin dəyişməsi Azərbaycan futbolunun xeyrinədir"
 
"Məncə, legioner limitinin dəyişməsi Azərbaycan futbolunun xeyrinədir. Nəzərə alsaq ki, bu 5 futbolçudan 2-si 21 yaşlıdırsa, gələcəyə ümidlə baxmaq olar".
 
Bu sözləri Sportal.az-a açıqlamasında AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib. Sadıqov milli komandamızın Malta ilə yoldaşlıq oyunu ilə bağlı fikirlərini bildirib: 
 
"Bugünki yoldaşlıq oyundan səmərəli istifadə etmək lazımdır. Bu oyun rəsmi oyundan qabaq son hazırlqı oyunudur. Foqts burada komandadakı problemləri görməli və gələn oyunlarda lazımi heyəti hazırlasın. Malta oyunu çoxdan təyin olunmuş qarşılaşmadır. İsrail gücündə olan komandalar da öz güclərində rəqiblərlə oynayırlar və onlar da Azərbaycanla oyuna razılıq vermirlər.
 
Əsas odur ki, millimiz Malta oyundan səmərəli istifadə etməlidir və İsrailə tam hazır yola düşməlidir."

Xəbər xətti