"Şalke"nin rəqibi Çempionlar Liqasından kənarlaşdırıldı

17:22 - 14 Avqust 2013

Səbəb Premyer Liqa təmsilçisinin danışılmış oyunda iştirak etməsidi

 

UEFA Ukraynanın "Metallist" (Xarkov) klubunu Çempionlar Liqasının 2013/14 mövsümündəki iştirakından kənarlaşdırıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb Premyer Liqa təmsilçisinin danışılmış oyunda iştirak etməsidi. 2008-ci ildə Ukrayna çempionatında keçirilən "Metallist" - "Karpatı" matçının nəticəsi əvvəlcədən razılaşdırılıb. "Metallist" bu il Çempionlar Liqasının "play-off" mərhələsinə yüksəlib. Klub bu mərhələdə Almaniyanın "Şalke" klubu ilə qarşılaşmalı idi. 

Xəbər xətti