"Bu nəticə İsraillə oyun öncəsi bizə dopinq oldu"

00:48 - 15 Avqust 2013

Rauf Əliyev: "Böyük hesabla qazanmaq çox xoşdu"

 

Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev Maltaya qarşı keçirilmiş yoxlama matçı ilə bağlı fikirlərini açıqlayıb.

 

Bu günün ən yaxşılarından biri olan Rauf Sportal.az-a açıqlamasında bunları dilə gətirib:

 

“Qələbə qazandıq. Özü də buna çox yaxşı nəticə ilə nail olduq. Məncə, daha çox qol epizodumuz oldu. Amma yalnız üç şansdan yararlana bildik. Böyük hesabla qələbə qazanmaq çox xoşdu. Fikrimcə, bu, İsrail ilə seçmə mərhələ oyunu öncəsi bizə dopinq  oldu”.

Xəbər xətti