Prezident millimizi təbrik edib

00:55 - 15 Avqust 2013

AFFA prezidenti Malta ilə matçdan sonra millimizin üzvləri görüşüb təbrik edib
 
 
Bu gün  Azərbaycan yığmasının Malta ilə yoxlama matçı reallaşıb.
 
Sportal.az xəbər verir ki, komandamız bu oyunda 3:0 hesablı inamlı qələbə qazanıb.
 
“Baksell Arena”da keçirilən görüşdən sonra millimizin üzvləri AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və baş katib Elxan Məmmədov tərəfindən təbrik olunub.
 
Onlar futbolçularla görüşüblər, təbriklərini çatdırıblar, növbəti oyunlarda da bu uğurun davamının gəlməsini arzulayıblar.

Xəbər xətti