"İnter" qələbə ilə tanış oldu

03:24 - 15 Avqust 2013

Təmsilçimiz turnirdə üçüncü yerdə qərarlaşır
 
 
Xəbər verdiyimiz kimi, "İnter"in U-12 komandası Türkiyənin Antalya şəhərində keçirilən “The children champion cup Lukoil” turnirində iştirak edir.
 
Sportal.az xəbər verir ki, dünən turnirin ikinci oyun günü idi. TƏmsilçimiz ikinci görüşdə "Mardan" stadionunda Bolqarıstanın "Slaviya" klubuyla üz-üzə gəldi. Bu qarşılaşma "İnter"in 2:0 hesablı qələbəsilə başa çatdı.
 
 Qeyd edək ki, bu qələbədən sonra komandamız xal ehtiyatını 3-ə çatdırıb və bu nəticə ilə "İnter" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
 
 Əlavə edək ki, sabah Vaqif Hidayətovun yetirmələri sonuncu görüşlərə çıxacaqlar.

Xəbər xətti