"İnter" "Antalyaspor"u darmadağın etdi

13:10 - 15 Avqust 2013

Turnirin üçüncü günündə komanda daha bir qələbə qazandı
 
"İnter"in U-12 komandası Türkiyənin Antalya şəhərində keçirilən “The children champion cup Lukoil” yarışında iştirak edir.
 
Sportal.az xəbər verir ki, bu gün turnirin üçüncü oyun günü idi. Komanda  "Mardan" stadionunda Türkiyənin "Antalyaspor" klubuyla üz-üzə gəldi. Bu qarşılaşma "İnter"in 7:2 hesablı qələbəsilə başa çatdı.
 
Xatırladaq ki, komanda dünən Bolqarıstanın "Slaviya" komandasına 2:0 hesabıyla qalib gəlmişdi. Bu gün "İnter" sonuncu matçına çıxacaq. Komandanın rəqibi Gürcüstanın "Tbilisi" klubu olacaq. Oyun Bakı vaxtıyla saaat 20.30-da başlanacaq.

Xəbər xətti