10 qələbə, 4 heç-heçə

15:52 - 15 Avqust 2013

"Qarabağ" cari çempionatda hamıdan çox – 7 qol vurub
 
Premyer Liqanın 3-cü turunun mərkəzi oyununda “Qarabağ” “Xəzər Lənkəran”la qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, ötən mövsümün yekunlarına əsasən hər iki klub Avropa Liqasına vəsiqə qazanmışdı. “Xəzər Lənkəran” 2-ci mərhələdə mübarizəni dayandırsa da, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində düşmək üçün mübarizəni davam etdirir. Komandalar arasında keçirilən oyunların balansına nəzər saldıqda hər iki komandanın 10 dəfə qələbə qazandığını və dörd oyunun heç-heçə ilə başa çatdığını görmək olar.
 
13.12.2004     Qarabağ (Ağdam) - Xəzər Lənkəran            3:1
 
15.05.2005     Xəzər Lənkəran - Qarabağ (Ağdam)            3:0
 
02.10.2005     Qarabağ (Ağdam) - Xəzər Lənkəran            2:1
 
01.04.2006     Xəzər Lənkəran - Qarabağ (Ağdam)            2:0
 
09.11.2006     Xəzər Lənkəran - Qarabağ (Ağdam)            2:0
 
07.05.2007     Qarabağ (Ağdam) - Xəzər Lənkəran            1:4
 
26.08.2007     Xəzər Lənkəran - Qarabağ (Ağdam)            2:0
 
02.03.2008    Qarabağ (Ağdam) - Xəzər Lənkəran             2:0
 
22.11.2008     Xəzər Lənkəran - Qarabağ (Ağdam)            1:3
 
09.05.2009    Qarabağ (Ağdam) - Xəzər Lənkəran             1:0
 
30.10.2009    Qarabağ (Ağdam) - Xəzər Lənkəran             1:0
 
13.02.2010    Xəzər Lənkəran - Qarabağ (Ağdam)             0:0
 
03.04.2010    Xəzər Lənkəran - Qarabağ (Ağdam)             2:1
 
09.05.2010    Qarabağ (Ağdam) - Xəzər Lənkəran             2:1
 
30.10.2010    Qarabağ (Ağdam) - Xəzər Lənkəran             0:1
 
23.12.2010     Xəzər Lənkəran - Qarabağ (Ağdam)            1:2
 
10.04.2011    Qarabağ (Ağdam) - Xəzər Lənkəran             0:0
 
07.05.2011    Xəzər Lənkəran - Qarabağ (Ağdam)             1:1
 
17.09.2011    Qarabağ (Ağdam) - Xəzər Lənkəran             0:1
 
10.12.2011    Xəzər Lənkəran - Qarabağ (Ağdam)             0:0
 
11.03.2012    Qarabağ (Ağdam) - Xəzər Lənkəran             1:0
 
11.05.2012    Xəzər Lənkəran - Qarabağ (Ağdam)             4:1
 
27.10.2012    Xəzər Lənkəran - Qarabağ (Ağdam)             2:0
 
20.12.2012    Qarabağ (Ağdam) - Xəzər Lənkəran             1:0
 
Qeyd edək ki, son dörd qarşılaşmada səfər komandası xal qazana bilmir. “Qarabağ” cari çempionatda hamıdan çox – 7 qol vurub. Bu qollardan beşi braziliyalı Marinaldo da Silva (3 qol) və Reynaldo Silvanın (2 qol) aktivindədir. “Xəzər Lənkəran” ilk iki oyunda məğlub olmasa da, qələbə qazana bilməyib. Hər iki qarşılaşmada heç-heçə edən cənublular turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Qeyd edək ki, “Xəzər Lənkəran” “Qarabağ”la oyunda yeni transfer Etame Mbillanın xidmətindən yararlana biləcək. 25 yaşlı kamerunlu hücumçu Türkiyənin “Adanaspor” klubundan transfer olunub və keçmiş komandasının heyətində keçirdiyi 122 oyunda 61 qol vurub. 

Xəbər xətti