"Məğlubiyyətə görə xəcalət çəkirəm"

Artem Zyuba: "Bunu bacarmasaq, fəlakət olacaq"

 

Rusiya millisinin hücumçusu Artem Zyuba Şimali İrlandiya ilə oyundan (0:1) sonra  açıqlamasında maraqlı fikirlər səsələndirib.

 

Sportal.az xəbər verir ki, rusiyalı futbolçu bu qənaətdədir ki, əgər qarşıdakı 4 rəsmi qarşılaşmada qələbə qazana bilməsələr, o zaman əsl fəlakət olacaq:

 

"Bəli uduzduq. Baş məşqçi demişkən, onlar daha istəkli idilər və sonadək mübarizə apardılar. Ürəkdən oynadılar və meydanın hər qarışı uğrunda döyüşdülər. Bir qol imkanı yaratdılar ki, ondan da maksimum istifadə etdilər". 24 yaşlı futbolçu qarşıdakı 4 oyunda mütləq qələbə qazanmalı olduqlarını bildirib:

"Çox ağır məğlubiyyət oldu. Şəxsən mən bu məğlubiyyətə görə xəcalət çəkirəm. Ancaq ehtiyatda 4 oyunumuz qalır və hər şey öz əlimizdədir. Qarşıdakı 4 oyunda qələbə qazansaq, dünya çempionatının final mərhələsinə gedəcəyik. Əgər bunu bacarmasaq, fəlakət olacaq".

Qeyd edək ki, Rusiya millisi seçmə mərhələnin növbəti 4 oyununda Lüksemburq (ev, səfər), İsrail (ev) və Azərbaycanla (səfər) qarşılaşacaq. 

Tarix: 16 Avqust [00:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Noyabr 2018
15  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio