"Arsenal" üçün növbəti bəd xəbər

00:45 - 16 Avqust 2013

"Arsenal"ın daha bir aparıcı futbolçusu zədələnib
 
Çempionlar liqasının pley-off mərhələsində İstanbulun "Fənərbaxça" klubu ilə qarşılaşacaq London "Arsenal"ının daha bir futbolçusu zədələnib.
 
Sportal.az  xəbər verir ki, "topçular"ın ispaniyalı yarımmüdafiəçisi Mikel Arteta bud sümüyündən aldığı zədə səbəbindən böyük ehtimalla bir ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, futbolçu "Fənərbaxça"ya qarşı  hər iki oyunu buraxmalı olacaq.
 
 Xatırladaq ki, bundan öncə İngiltərə mətbuatı "Arsenal"ın digər futbolçusu Teo Uolkottun da biləyindən aldığı zədə səbəbindən "sarı bülbüllər"ə qarşı keçiriləcək ilk oyunu buraxacağını bildirmişdi. Bundan əlavə, Vermalen, Monreal, Remsi, Diabi və yeni transfer Sanoqo da pley-off oyunlarında londonlulara kömək edə bilməyəcək.

Xəbər xətti