"Mançester Yunayted" "Real"ın futbolçusuna rəsmi təklif göndərib

02:20 - 16 Avqust 2013

"Real" təklifə hələlik cavab verməyib
 
"Mançester Yunayted” “Real”ın yarımmüdafiəçisi Məsut Özili transfer etmək fikrinə düşüb.
 
Sportal.az xəbər verir ki, “Mankunianlar” Almaniya yığmasının futbolçusuna görə 40 milyon funt-sterlinq xərcləməyə hazırdır.
 
Məlumata görə, türk əsilli futbolçunun özü də İngiltərəyə köçməyin əleyhinə deyil. Ancaq “Real” rəhbərliyi hələlik bu təklifə cavab verməyib. Qeyd edək ki, Özil La Liqanın son mövsümündə 32 oyunda 9 qola imza atıb.

Xəbər xətti