"Dinamo" "İnter"i meydana çıxmağa peşman etdi

02:45 - 16 Avqust 2013

"Dinamo" təmsilçimizə dərs keçdi
 
Xəbər verdiyimiz kimi, “İnter” Türkiyədə keçirilən “The children champion cup Lukoil” təsnifat turnirində iştirak edirdi.
 
Sportal.az xəbər verir ki, turnirin sonuncu turunda komanda Gürcüstan təmsilçisi "Dinamo" (Tbilisi) ilə üz-üzə gəlib. Bu qarşılaşma "Dinamo"nun 5-0 hesablı qələbəsilə başa çatıb.

Qeyd edək ki, Vaqif Hidayətovun yetirmələri yarışı 3-cü pillədə başa vurublar. 5 matçda 9 xal qazanan "İnter" yalnız turnirin qalibi "Dinamo" və ikinci pilləni tutan "Qalatasaray"dan geri qalıb.
 

Xəbər xətti