"Sumqayıt" "Qəbələ" karyeramda qapısına yol tapdığım ilk komandadır"

Dodo: "Mən də istəyirəm ki, bu matçda fərqlənim"
 
Premyer Liqanın III turu çərçivəsində avqustun 19-da "Qəbələ" səfərdə "Sumqayıt"la qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, "Qəbələ" "Gənclik şəhəri" təmsilçisinin qapısından 10 top keçirib ki, bunun da 2-sinə Dodo imza atıb. Adıçəkilən futbolçu klubun rəsmi saytına açıqlamasında bu fikirləri söyləyib:
 
"Sumqayıt" "Qəbələ" karyeramda qapısına yol tapdığım ilk komandadır. Bu baxımdan sözügedən rəqib və qol xüsusi yadımda qalıb. Ümumiyyətlə, "Sumqayıt"la oyunlarımız həmişə maraqlı alınıb. Sevindirici haldır kı, bütün matçlarda yekunda sevinən tərəf biz olmuşuq". 
 
Dodo növbəti oyunda da fərqlənmək arzusunda olduğunu, komanda olaraq uğurlu seriyanı davam etdirmək istədiklərini bildirdi:
 
"Mövsümə uğurlu start verdik. İki mühüm qələbə qazandıq. Qələbə seriyamızı davam etdirmək əzmindəyik. Digər komanda yoldaşlarım kimi mən də istəyirəm ki, bu matçda fərqlənim. Amma "Qəbələ"nin 3 xal qazanması mənim də, digər futbolçuların da fərdi uğurundan daha önəmlidi. İnanıram kı, kollektiv olaraq növbəti qələbə hədəfimizə nail olacağıq". 
Tarix: 16 Avqust [13:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2017
12  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio