"Rəvan"ın stadionu "Neftçi"nin ixtiyarında

15:28 - 16 Avqust 2013

Qədirov baxışa gələnlərdən ikisini bəyəndi

 

"Rəvan" bu gün saat 18:00-da "Bayıl Arena" stadionunda axşam məşqinə çıxmalı idi.

 

Sportal.az xəbər verir ki, "sığortaçılar" bu günki məşqini "Dalğa Arena" stadionuna köçürtməli olub. Belə ki, əvəzedicilərin çempionatında "Neftçi" "Simurq"la məhz eyni vaxtda "Bayıl Arena"da qarşılaşacaq. Bu səbəbdən də "Rəvan" məşq üçün "Dalğa Arena"ya üz tutub.

 

"Rəvan"ın cəbhəsində başqa bir əlamətdar hadisə yaşanıb. Komandanın yeni baş məşqçisi Vladislav Qədirov baxışa dəvət olunan 4 futbolçudan ikisini bəyənib. Bunlar Dimitri Rekiş və Fredrix Holsterdi. Baxışda olan digər iki futbolçu Milos Brezinski və Nelson Aureliano Da Silva Junior haqda Qədirov qərar verməkdə çətinlik çəkib. Bu futbolçular haqda son rəy növbəti günlərdə veriləcək.

 

Qeyd edək ki, 25 yaşlı Fredrix Holsterin son iş yeri İsveçin "Sundsval",  Dmitri Rekişin isə Belarusun "Neman" klubu olub.

Xəbər xətti