"Kim hardan götürüb ki, Azərbaycan bizə Bakıda xallar hədiyyə edəcək?!"

18:01 - 16 Avqust 2013

"Yaxşı olardı ki, oradan heç-heçə ilə qayıdıb, hər halda, 2-ci yer uğrunda aparasan"
 
Rusiyanın “Sovetski Sport” qəzeti milli komandasının cari seçmə mərhələdə qrupdan çıxmaq şansını dəyərləndirib.Sportal.az xəbər verir ki, Şimali İrlandiya yığmasına Belfastda 0:1 hesablı məğlubiyyətdən sonra qrupda 1-ci yeri tutmaq işini çətinləşdirən şimal qonşularımızı sonda 2 - sentyabrda İsrail, oktyabrda Azərbaycanla vacib oyun gözləyir.

Rusiyalı həmkarımız hesab edir ki, cari seçmə mərhələyə məhz millimizlə oktyabrın 14-də oyunla yekun vuracaq yığmasının Bakıdan 3 xalla qayıdacağına heç kim zəmanət verə bilməz: “Kim hardan götürüb ki, Azərbaycan bizə Bakıda xalla hədiyyə edəcək?! Bizim keçmiş həmyerlilərimiz öz azarkeşləri qarşısında doğma meydanda canlarını qoyacaq! Yaxşı olardı ki, oradan heç-heçə ilə qayıdıb, hər halda, 2-ci yer uğrunda aparasan”.
 

Xəbər xətti