AZAL-da problemlər davam edir

05:26 - 17 Avqust 2013

AZAL "İnter"lə oyuna itkilərlə çıxacaq

 

Premyer Liqanın III turunda səfərdə “İnter”lə münasibətlərinə aydınlıq gətirəcək AZAL bu oyuna ciddi itkilərlə hazırlaşır.

 

Sportal.az xəbər verir ki,komandanın aparıcı üzvləri - Yuri Fomenko, yeni transfer Fredi Borq, Samuel Barlay və Con Oluremi sıradan çıxıb.

Sözügedən oyunçulardan Fomenkonun sabiq komandasına qarşı oynamayacağı dəqiqləşib.

Digərlərinin isə bu oyunda iştirak edib-etməyəcəyi hələ bəlli deyil. Həkimlər hər üç futbolçunu oyuna qədər hazır vəziyyətə gətirməyə çalışırlar.

Bunlardan əlavə, Cavid Tağıyevlə Orxan Həsənov da zədədən əziyyət çəkirlər. 

Xəbər xətti